×
A
A
A
Sazlamalar

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Bakı, 23 sentyabr, AZƏRTAC

Xarici İşlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Siyasət 2019-09-23 00:12:00