×
A
A
A
Sazlamalar

Qubanın Qırız və Xınalıq kəndlərinə qar yağıb

Quba, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qırız və Xınalıq kəndlərində qarın hündürlüyü bir santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur - 1 dərəcəyədək aşağı düşüb.
Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.

Regionlar 2019-09-22 10:33:00