×
A
A
A
Sazlamalar

Goranboyda 2 minədək abonentin təbii qaz təchizatında fasilə yaranıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 millimetr olan polietilen qaz xəttini qırıblar. Ümumilikdə 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minədək abonentin təbii qaz təchizatında fasilə yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-09-21 18:00:00