×
A
A
A
Sazlamalar

“Gəzən kitabxana” Astaranın Kijəbə qəsəbəsində

Astara, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Mərkəzi Kitabxanasının 80 illik yubileyi ilə bağlı reallaşdırılan “Gəzən kitabxana” layihəsi çərçivəsində növbəti tədbir rayonun Kijəbə qəsəbəsində keçirilib.
Tədbirdə Kijəbə qəsəbə, Lovayın, Tüləgivan, Burzubənd, Vənəşikəş, Ovala və Qəcimardə kənd kitabxana filialları və ərazidə fəaliyyət göstərən klub müəssisələrinin işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Kijəbə qəsəbə ərazi icra nümayəndəsi Sədail Qasımov, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov, Kijəbə qəsəbə tam orta məktəbin direktoru, şair Təbrizə Pünhan, kənd ağsaqqalı Kamil Kamilov, şair Nəriman Azəri və Kijəbə qəsəbə kitabxana filialının müdiri Vidadi Məhərrəmov informasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə kitabın daha geniş təbliği məqsədilə həyata keçirilən layihənin əhəmiyyətini yüksək dəyərləndiriblər.
Tədbirdə Kijəbə qəsəbə, Burzubənd, Lovayın, Ovala, Tüləgivan və Qəcimardə kənd məktəbliləri şeirlər söyləyiblər.
Kitabxanada təşkil edilmiş sərgidə nümayiş etdirilən kitablar barədə tədbir iştirakçılarına məlumat verilib. 350-dən çox kitab və çap məhsullarının nümayiş etdirildiyi sərgidə, həmçinin Kamil Kamilovun şəxsi kitabxanasından qədim kitablar nümayiş olunub.
Şairə Təbrizə Rəsulova isə “Gəzən kitabxana” layihəsinə öz şəxsi kitablarını hədiyyə edib.

Regionlar 2019-09-21 17:20:00