×
A
A
A
Sazlamalar

Vergilər nazirinin birinci müavini Beyləqanda vətəndaşlarla görüşüb

Bakı, 21 sentyabr, AZƏRTAC 

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsində vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarının sakinləri iştirak ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerində həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

 

Regionlar 2019-09-21 16:46:00