IAA ziyarətçilərini itirir
Berlin, 21 sentyabr, AZƏRTAC
Frankfurt Beynəlxalq Avtosalonunun (IAA) ilkin yekunları sərginin təşkilatçısı - Almaniya Avtomobil Sənayesi Birliyi (VDA) üçün sevindirici olmayıb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2017-ci ildə yarmarkanı 810 min adam ziyarət edib, onların beşdəbir hissəsi xarici ölkələrdən gəlib. Bu il isə təşkilatçı ən yaxşı halda 500 min ziyarətçi gözləyir.
Bununla əlaqədar olaraq, Birlik tədbirin keçirilməsi konsepsiyasını dəyişdirmək barədə düşünür. VDA-da AZƏRTAC-a bildiriblər ki, artıq gələn ilki yarmarkanın strategiyası üzərində işləyirlər.
VDA etiraf edib ki, sərgiyə gələnlərin sayının azalacağı gözlənilirdi. Birlik bu proqnozu avtosalon iştirakçılarının sayının azalması ilə əlaqələndirir. Məsələn, bu il avtosalonda Yaponiya, ABŞ, Fransa və İtaliyadan avtomobil istehsalçıları görünməyəcək. Bundan əlavə, iqlimi müdafiə edənlər və ekoloqlar avtomobil sənayesini daha sərt tənqid etməyə başlayıblar və IAA-nı hədəf seçiblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır