×
A
A
A
Sazlamalar

“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu ilin sentyabrın 1-nə olan məlumata görə, 209 bina üzrə 13 min 274, təkcə avqust ayında isə 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəlik olaraq Mənzil Tikinti Kooperativlərindən (MTK) daxil olan ərizələr araşdırılır və müvafiq rəylər verilir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Neft - qaz 2019-09-20 12:56:00