×
A
A
A
Sazlamalar

Rusiya Prezidenti Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlardan narahatlığını ifadə edib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Müdafiə naziri Məhəmməd bin Salman arasında telefon danışığı olub.
AZƏRTAC Rusiyanın dövlət başçısının Kremlin.ru saytına istinadla xəbər verir ki, Səudiyyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında V.Putin Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumlardan narahatlığını ifadə edib, bu insidentin diqqətlə və obyektiv təhqiq edilməsinin zəruriliyini vurğulayıb.
Kremlin məlumatında qeyd olunur ki, Rusiya Prezidenti və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi qlobal neft bazarında olan vəziyyət, OPEK+ formatında razılaşmaların şərtlərinin yerinə yetirilməsi ətrafında da fikir mübadiləsi aparıblar. Tərəflər neft bazarında qiymətlərin sabit olması üzrə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Rusiyanın dövlət başçısının Səudiyyə Ərəbistanına qarşıdakı səfərinə hazırlıq məsələləri də müzakirə olunub.

Dünya 2019-09-18 17:04:00