×
A
A
A
Sazlamalar

Memar: Şəhərsalma baxımından yersiz olan çoxmərtəbəli binaların tikilməməsi üçün bu işlə peşəkarlar məşğul olmalıdırlar

Bakı, 18 sentyabr, Ramiz Quliyev, AZƏRTAC 

Bakının mərkəzində bəzən şəhərsalma baxımından yersiz olan yeni çoxmərtəbəli binalar tikilir, eyni zamanda, onların inşasında keyfiyyətsiz materiallardan istifadə edilir. Buna nəzarət mexanizmi necə olmalıdır?
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyev AZƏRTAC-a bu aktual problemlə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, şəhərsalmada əsas hüquqi sənəd normativ qaydalardır. Təxminən 2000-dək normativ sənəd var. Mütəxəssislər bu normaları əldə rəhbər tuturlar. Texniki tərəqqi ilə bağlı onlar yenilənir, düzəlişlər, dəyişikliklər, əlavələr olunur.
Memar qeyd edib ki, Bakının mərkəzində şəhərsalma baxımından yersiz olan çoxmərtəbəli binaların tikilməməsi, tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunmaması üçün bu işlə peşəkarlar məşğul olmalıdırlar. Həmçinin mövcud norma və qaydalara əməl edilməli, hansısa kreativ, novator yanaşmaya zəruriyyət yaranarsa, məntiqi əsaslanma olmalıdır.
“Deyilən neqativ halların qarşısının alınması üçün ekspertiza, texniki və müəllif nəzarəti orqanları prinsipial mövqedə durmalı, ictimaiyyət də belə hallara biganə qalmamalıdır”, - deyə T.Əliyev vurğulayıb.

 

Maliyyə 2019-09-18 15:30:00