×
A
A
A
Sazlamalar

Cəlilabadın Qarazəncir kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabad, 18 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 17-də axşam saatlarında Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1954-cü il təvəllüdlü Firuzə Əhmədova yolu keçərkən “VAZ 21011” markalı minik avtomobili onu vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalar aparılır.

Regionlar 2019-09-18 13:47:00