×
A
A
A
Sazlamalar

Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilə yaranıb

Bakı, 18 sentyabr, AZƏRTAC

“Sahil 2” ölçü qovşağından qidalanan “Qaz İxrac” İdarəsinə məxsus qaz xəttində qəza baş verdiyi üçün bu gün saat 10:30-dan etibarən Xəzər rayonunun Şüvəlan və Mərdəkan qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilə yaranıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-09-18 13:04:00