×
A
A
A
Sazlamalar

Salyanda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb

Salyan, 18 sentyabr, Mahir Babayev, AZƏRTAC

Salyanda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.
“Qazel” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri Araz Səmədov və Cəlil Əhədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-09-18 12:04:00