Qırğızıstan və Tacikistanın Baş nazirləri sərhəddə baş verən son münaqişə ilə əlaqədar görüşüblər
Bişkek, 18 sentyabr, АZƏRTAC
Qırğızıstan-Tacikistan sərhədində baş verən son münaqişə ilə əlaqədar Batken rayonundakı “Kızıl-Bel” nəzarət buraxılış məntəqəsində hər iki ölkənin Baş nazirləri - Muxammedkalıy Abılqaziev və Koxir Rasulzoda arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı sərhəddə baş verən son insident, odlu silahlardan istifadə olunması və hər iki tərəfdən hərbçilərin öldürülməsi və yaralanması ilə bağlı məsələlər müzakirə edilib. Hökumət başçıları bir-birilərindən ölənlərin doğma və əzizlərinə başsağlığı verməyi xahiş ediblər.
Tərəflər bu regionda gərginliyin azaldılması, sabitliyin saxlanması üçün sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı çoxplanlı işlərin aktivləşdirilməsi ilə bağlı razılıq əldə edibər.
Tərəflər Qırğızıstan və Tacikistan Baş nazirlərinin müavinləri səviyyəsində danışıqların davam etdirilməsi, sərhədyanı ərazilərdə gərginliyin azaldılması istiqamətində bir sıra digər tədbirlərin həyata keçirilməsində də razılaşıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır