×
A
A
A
Sazlamalar

Bolqarıstan və Rumıniya Avropa İttifaqında əməkhaqqı xərclərinin artımına görə liderlərdi

Buxarest, 17 sentyabr, AZƏRTAC

Bolqarıstan və Rumıniya Avropa İttifaqı ölkələri arasında saat hesabı əməkhaqqının məbləğinin artımına görə lider dövlətlərdi. Belə ki, Rumıniyada bu göstərici illik 12,4 faiz, Bolqarıstanda isə 11 faiz artıb. Xüsusilə sənaye, inşaat, xidmət sektorlarında bunu daha aydın görmək olur. Rumıniya və Bolqarıstandan sonra Slovakiya və Macarıstan illik 10 faiz artımla irəliləyir. Sonuncu yerlərdə isə Portuqaliya və Malta dayanır. Burada saat hesabı əməkhaqqının məbləğinin illik artımı yalnız 0,9 və 1,1 faiz təşkil edir.
Qeyd edək ki, Aİ-də bu göstərici ümumi olaraq 3,1 faiz artıb.


İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2019-09-17 16:35:00