×
A
A
A
Sazlamalar

Yunanıstana qaçqın axını çoxalıb

Afina, 17 sentyabr, AZƏRTAC

Yunanıstana üz tutan qaçqınların sayında artım müşahidə olunur. Belə ki, sentyabr ayının iki həftəsində ölkənin adalarına təqribən 4 min qeyri-qanuni miqrant gəlib. Ekspertlərin fikrincə, belə davam etsə, ayın sonunadək yunan adalarına 9 min əlavə miqrant gələcək.
Artıq yunan adalarındakı düşərgələrdə qaçqınlar üçün yer tapılmır. Hökumət əlavə tədbirlər görsə də, vəziyyət ağır olaraq qalır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-09-17 15:26:00