Seyid Əli Xamenei: İran ilə ABŞ arasında heç bir səviyyədə danışıq olmayacaq
Tehran, 17 sentyabr, AZƏRTAC
İran ilə ABŞ arasında heç bir səviyyədə dialoq olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikri İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib. O bildirib ki, bu vəziyyətdə danışıqlara getsək ABŞ İranı məğlub etmiş hesab edəcək. Bu günə kimi ABŞ İran ilə razılaşdığı heç bir sözünün üstündə durmayıb. Danışıqlar mənasız bir iş olmaqla yanaşı, həm də vaxt itkisidir.
İranın Ali Rəhbərinin uzun müddət dialoq məsələsinə münasibət bildirməməsi danışıqların baş tutacağı ehtimalını artırırdı. Lakin Ali Rəhbərin mövqeyi İranda müzakirə olunmur, yalnız icra olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə İran Prezidenti ilə görüşmək istəyində olduğunu bəyan etmişdi. Beynəlxalq mətbuat ehtimal edirdi ki, görüş sentyabrın 20-də BMT-nin Təhlükəsizlik Şurasının 74-cü sessiyası çərçivəsində baş tutacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Si Cinpin Serbiyada səfərdədir
“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib
İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib
Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub
Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib