×
A
A
A
Sazlamalar

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən hərbi qulluqçular saxlanılıblar

İstanbul, 17 sentyabr, AZƏRTAC 

Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 168 hərbi qulluqçu saxlanılıb.
AZƏRTAC xəbər verir ki, İstanbul da daxil olmaqla 54 şəhərdə aparılan antiterror əməliyyatları nəticəsində Türk Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 223 hərbçisindən 168-i saxlanılıb.
FETÖ ilə əməkdaşlıq edən digər şəxslərin də müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-17 14:00:00