×
A
A
A
Sazlamalar

Bolqarıstan arxeoloqları Qədim Roma hərbi diplomunu aşkar ediblər

Sofiya, 17 sentyabr, AZƏRTAC

Bolqarıstan arxeoloqları Sredets rayonunun Debelt kəndi yaxınlığında yerləşən Qədim Romanın Deultum şəhəri ətrafında aparılan qazıntı işləri zamanı hərbi diplom hissəsini aşkar ediblər. Arxeoloji qoruğun direktoru Krasimir Kostov tapıntının unikal olduğunu bildirib. Yazının analizi göstərib ki, qədim romalılar Deultum şəhərini hərbçilər və hərbi veteranlarla da məskunlaşdırmışlar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-09-17 13:19:00