×
A
A
A
Sazlamalar

“Ernst&Young” şirkəti Yunanıstanda Süni İntellekt Mərkəzi yaradacaq

Afina, 17 sentyabr, AZƏRTAC

“Ernst&Young” (EY) konsaltinq şirkəti Yunanıstanın “Demokritos” Milli Elmi Araşdırma Mərkəzi və Proqramlaşma təhsili və inkişafı laboratoriyası ilə əməkdaşlıq çərçivəsində bu ölkədə süni intellekt üzrə təcrübə mərkəzi yaradacaq. İlk illərdə 20, növbəti illərdə isə daha çox sayda alimin çalışacağı mərkəzin işi süni intellekt vasitəsilə mətnin analizini yaxşılaşdırmaq olacaq. Araşdırma EY-nin rəqəmsal xidmətlərinə töhfə verəcək və patentlərin inkişafına kömək edəcək. Təcrübənin nəticələri elmi jurnallarda dərc olunacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-09-17 13:11:00