×
A
A
A
Sazlamalar

Rumıniya televiziyasının aparıcısı amerikalı tennisçini təhqir etdiyi üçün cərimə olunub

Buxarest, 17 sentyabr, AZƏRTAC

Rumıniyanın ayrı-seçkiliyə qarşı milli şurası idman jurnalisti Radu Bançunu amerikalı tennisçi Serena Vilyamsı təhqir etdiyinə və rasist hərəkətlərinə görə təqribən 2000 avro məbləğində cərimə edib.
AZƏRTAC xəbər verir ki, R.Bançu Rumıniya televiziya efirindən 37 yaşlı S.Vilyamsı meymunla müqayisə edib. Hadisə böyük rezonans doğurub. Şura bu müqayisəni rasist sayıb.
Qeyd edək ki, S.Vilyams Böyük dəbilqə yarışlarında 23 qələbə qazanıb və ən çox mükafat alan idmançılar sırasındadır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2019-09-17 11:06:00