×
A
A
A
Sazlamalar

Azərbaycandan 333 min tonadək kimya sənayesi məhsulları göndərilib

Bakı, 16 sentyabr, AZƏRTAC
Səkkiz ayda ölkədən 332 min 940 ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 68 milyon 495 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən ixrac olunan 130 min 166 ton kimya məhsulunun dəyəri 46 milyon 270 min dollar təşkil etmişdi.

Sənaye 2019-09-16 17:47:00