×
A
A
A
Sazlamalar

Böyük Britaniyanın keçmiş Baş Nazirinin xatirələrini yazdığı kitabı çap olunub

London, 16 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın keçmiş Baş Naziri Devid Kemeronun xatirələrini yazdığı kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, “For the record” – “Qeyd üçün” adlı kitabda Kemeron özünün kollec dövrünü və bir çox xatirələrini yazıb. Kitabda Kemeron indiki Baş Nazir Boris Conson və Nazirlər Kabinetinin üzvü Maykl Qov haqqında da fikirlərini bildirib.
Qeyd edək ki, Devid Kemeron son 200 illik dövrdə Böyük Britaniyanın ən gənc Baş Naziri seçilmişdi.

Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2019-09-16 01:46:00