Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bakı, 15 sentyabr, AZƏRTAC
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib