×
A
A
A
Sazlamalar

Tərtər polisi yeni dərs ilində şagirdləri sevindirib

Bakı, 14 sentyabr, AZƏRTAC 

Yeni dərs ili ərəfəsində polis əməkdaşları tərəfindən şəhid, əlil və aztəminatlı ailələrin övladları ilə görüşlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, belə görüşlərdən biri də Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə təşkil olunub. Görüşdə polis əməkdaşları qarşıdan gələn “Bilik günü” münasibətilə balacaları təbrik edib, onların Vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzu ediblər.
Tədbirdə şagirdlərə məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.
Valideynlər göstərilən qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Sosial 2019-09-14 18:58:00