×
A
A
A
Sazlamalar

Astara polisi aztəminatlı ailələrin birinci sinifə gedəcək övladlarını sevindirib

Astara, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Bilik Günü ərəfəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları bu il birinci sinfə gedəcək aztəminatlı ailələrin övladlarını sevindiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbənin əməkdaşları aztəminatlı ailələrin qonağı olublar.
Polis əməkdaşları bu il birinci sinfə gedəcək uşaqları qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara geyim, çanta və məktəb ləvazimatlarından ibarət hədiyyələr veriblər.
Valideynlər göstərilən diqqət və qayğıya görə Azərbaycan polisinə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-09-14 17:20:00