×
A
A
A
Sazlamalar

Bu il beş yaşlı uşaqların 75-80 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub

Qax, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər hazırlıqla bağlı ciddi tədbirlər görülür. Təcrübə də göstərir ki, məktəbəqədər hazırlıq prosesini keçmiş 5 yaşlıların orta məktəblərdə təhsili daha asan formada həyata keçirilir. Onların nailiyyətləri digər şagirdlərə nisbətən daha yüksək olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini İdris İsayev Qaxda jurnalistlərə müsahibəsində deyib.
Məktəbəqədər hazırlığın çox vacib məsələ olduğunu vurğulayan nazir müavini diqqətə çatdırıb ki, 2013-cü 5 yaşlı uşaqların yalnız 24 faizi məktəbəhazırlıq qruplarına cəlb edilirdisə, cari ildə onların sayı artaraq 75-80 faizə çatıb. Növbəti illərdə isə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. “Beş yaşlılar məktəbəhazırlıq qruplarına cəlb olunmaqla psixoloji maneələri keçməli, ilkin təhsil məlumatlarını əldə etməlidirlər”, - deyə İdris İsayev bildirib.

Regionlar 2019-09-14 15:00:00