İdris İsayev: Bu il Təhsil Nazirliyinə işə düzəlməklə bağlı 51 min nəfərədək müəllim müraciət edib
Qax, 14 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsil sahəsində yaradılan əlverişli şərait, təhsil işçilərinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər müəllim peşəsinə marağı daha da artırıb. İşə düzəlməklə bağlı bu il Təhsil Nazirliyinə 51 min nəfərədək müəllim müraciət edib. Müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artıb. Artıq 10 min müəllimlə müqavilələr bağlanılıb. Onların əksəriyyəti gənc müəllimlərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini İdris İsayev Qaxda jurnalistlərə müsahibəsində məlumat verib.
Təhsil sistemində yenilənmə prosesinin həyata keçirildiyini, təhsilin həm maddi-texniki, eyni zamanda, normativ-hüquqi bazasının, standartlarının tamamilə yeniləndiyini vurğulayan nazir müavini peşə təhsili sahəsində də ciddi islahatların həyata keçirildiyini bildirib. İdris İsayev deyib: “2018-ci ildə “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Düşünürəm ki, orta məktəbləri bitirən məzunlar peşə yönümü istiqamətini düzgün seçəcək, peşə məktəblərinə üz tutacaq, təhsil əldə edəcəklər. Dünya ölkələrində məzunların təxminən 50-60 faizi məhz peşə təhsili müəssisələrinə üz tutur. Bizdə də bu göstəriciyə nail olmaq imkanı var”.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib