×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti ilə BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 13 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov BMT-nin Bütün Əməkçi Miqrantların Hüquqlarının Müdafiəsi Komitəsinin üzvləri ilə görüşüb.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xidmət rəisi bildirib ki, ölkəmizdə miqrantların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Ölkəmizdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarını həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Ölkə iqtisadiyyatının dinamik inkişaf tempi nəticəsində respublikada əməkçi miqrantlar üstünlük təşkil edirlər. Vüsal Hüseynov miqrasiya münasibətlərinin tənzimlənməsində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib.
Səmimi görüşə görə təşəkkür edən komitə üzvləri Azərbaycanda həyata keçirilən miqrasiya siyasətini yüksək qiymətləndiriblər.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Sosial 2019-09-13 22:02:00