2020-ci ildə icmal büdcə gəlirləri 27,6 milyard manat proqnozlaşdırılır
Bakı, 13 sentyabr, AZƏRTAC
2020-ci ildə icmal büdcə gəlirləri 27 milyard 605,3 milyon manat nəzərdə tutulur.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, müvafiq olaraq icmal büdcə kəsirinin 586,7 milyon manat olacağı gözlənilir. Gələn il üçün icmal büdcə xərclərinin yuxarı həddi büdcə qaydasına uyğun olaraq 28 milyard 192 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 821,1 milyon manat və ya 3 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 480,3 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 96,6 milyon manat çoxdur.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb