Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinin vergi öhdəlikləri
Bakı, 13 sentyabr, AZƏRTAC
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri sadələşdirilmiş vergiödəyicisi və ya öz istəyindən asılı olaraq son ardıcıl 12 aylıq dövriyyəsi 200 min manat olanlar gəlir və ya mənfəət vergisi ödəyicisi ola bilərlər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, son ardıcıl 12 aylıq dövriyyəsi 200 min manatdan çox olan vergiödəyicisi növbəti aydan ƏDV ödəyicisi, həmçinin gəlir və ya mənfəət vergisinin ödəyicisi olur. Sadələşdirilmiş vergiödəyicisi kimi isə dövriyyədən 2 faiz vergi verilir.
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicisi, eyni zamanda, topdansatış fəaliyyəti ilə də məşğul ola bilər. Bu halda həmin vergiödəyicisi sadələşdirilmiş vergiödəyicisi olmaq hüququnu itirir.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb