×
A
A
A
Sazlamalar

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Bakı Fond Birjasında (BFB) “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu” ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 30 milyon AZN, nominal qiyməti 1000 manat, hərrac qiyməti 1004,4167 manat, tədavül müddəti 23 il, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. “BTB-Kapital İŞ” ASC anderrayter vəzifəsində çıxış edir.
Təqdim olunmuş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.
Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Maliyyə 2019-09-12 16:45:00