×
A
A
A
Sazlamalar

Ağsuda sənaye məhsullarının istehsalı 3,1 dəfə artıb

Ağsu, 12 sentyabr, AZƏRTAC

Ağsu rayonunda cari ilin səkkiz ayında 14 milyon 658 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, istehsal olunan sənaye məhsulları və göstərilən xidmətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.
Qeyd edək ki, bölgələrin sosial-iqtisadi inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatı bölgəsi olan Ağsuda son illər sənaye məhsullarının istehsalı istiqamətində görülən işlər həm də əhalinin məşğulluğunun artmasına şərait yaradır. Rayonda fəaliyyət göstərən “Az Qranata” MMC-nin Ağsu şirə və şərab emalı zavodu, “Qradus 40” MMC, “Alprint” MMC və sair sənaye müəssisələri öz fəaliyyətini ildən-ilə genişləndirir.

Regionlar 2019-09-12 12:40:00