×
A
A
A
Sazlamalar

Əbu-Dabidə “OPEC plus” nazirlərinin Birgə Monitorinq Komitəsinin 16-cı iclası keçirilir

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Əbu-Dabidə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 16-cı iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclasda OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih və Rusiyanın Energetika naziri Aleksandr Novakın çıxışları dinlənilib. Yığıncaqda neft bazarındakı son vəziyyət, inkişaf meyilləri, neftin qiymətinə və neftə qlobal tələbatda artıma təsir edən amillər, “OPEC plus” ölkələri üzrə öhdəliklərin icra göstəriciləri müzakirə olunur.
İclasda Azərbaycan da təmsil edilir.
Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

Neft - qaz 2019-09-12 11:45:00