×
A
A
A
Sazlamalar

Xaçmazda baş verən qəzada 5 nəfər xəsarət alıb

Xaçmaz, 11 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Sentyabrın 11-i günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub.
Qəzada xəsarət alan Siyəzən rayon sakinləri 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-ci il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralılara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2019-09-11 13:43:00