×
A
A
A
Sazlamalar

Ağsunun istixana təsərrüfatlarında istehsal 47 faiz artıb

Ağsu, 10 sentyabr, AZƏRTAC

Ağsu rayonunun istixanalarında cari ilin 8 ayında tərəvəz məhsullarının istehsalı ötən ilin müvafiq dövründəkindən 47 faiz çox olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağsu ərazisində hazırda 5 hektar istixana təsərrüfatı var. Burada tərəvəz məhsulları, əsasən də pomidor və xiyar yetişdirilir. Səkkiz ayda istixanalarda 550 ton məhsul istehsal edilib. Həmin məhsulun əsas hissəsi xarici bazarlara ixrac edilir.
Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi, aqrar sektorda ayrı-ayrı sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər son illər fermerlərə, eləcə də fərdi torpaq mülkiyyətçilərinə ilboyu məhsul istehsalı üçün sərfəli olan istixanaların genişləndirilməsinə marağı artırıb. Təsadüfi deyildir ki, bölgədə bu sahə ilə məşğul olanların sayı ildən-ilə artır.

Regionlar 2019-09-10 18:28:00