×
A
A
A
Sazlamalar

Dünya Bankının vergi islahatlarına dəstəklə bağlı texniki yardım proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub

Bakı, 10 sentyabr, AZƏRTAC 

Vergilər naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə missiya rəhbəri Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı Azərbaycanın vergi sistemində aparılan islahatlar, Dünya Bankının vergi islahatlarına dəstəklə bağlı texniki yardım proqramı çərçivəsində görüləcək işlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Maliyyə 2019-09-10 15:55:00