×
A
A
A
Sazlamalar

Şərur rayonunun kəndlərində xəstələrə evlərində tibbi xidmət göstərilib

Şərur, 10 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 16 nəfərdən ibarət həkim briqadası tərəfindən Şərur rayonunun kəndlərində müayinələr aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 16 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan bütün dərmanlar, arterial təzyiqin ölçülməsi üçün cihazlar verilib.
Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq və digər ixtisas həkimləri iştirak ediblər.
Ahıl və yataq xəstələrindən Sona Seyidova, Qurban Qasımov, Nəsimi Nəcəfov, Qüdrət Məmmədov, Məmmədrza Ələkbərov, Məsmə Süleymanova başqa yerlərə getmədən ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüs kimi dəyərləndiriblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

 

Regionlar 2019-09-10 15:47:00