×
A
A
A
Sazlamalar

Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçiriləcək

Bakı, 9 sentyabr, AZƏRTAC

Cari il sentyabrın 11-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçiriləcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Şəmkir şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək seminar-müşavirədə din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Din 2019-09-09 18:40:00