×
A
A
A
Sazlamalar

Vicdan və dini etiqad azadlığının təmin olunmasında dini qurumlar mühüm rola malikdir

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Gənclər və İdman İdarəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Vicdan və dini etiqad azadlığının təmin olunmasında dini qurumların rolu” adlı tədbir keçirilib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan dövləti ölkəmizdə sülh və sabitliyin qorunması üçün lazım olan bütün zəruri işləri görür. “Sülh aylığı” çərçivəsində ölkəmizdə uğurla həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının layiqincə qorunmasına xidmət edir.
Çıxışlar zamanı, həmçinin ölkəmizdə bütün rəsmi dini qurumların sülh və sabitliyin qorunmasında, vicdan və dini etiqad azadlığının təmin olunmasında layiqli şəkildə, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi vurğulanıb.

***

“Sülh aylığı” çərçivəsində daha bir tədbir Hacıqabul rayonu 8 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə vicdan azadlığının təmin olunmasına dair qanunvericilikdən və dini qurumların bu sahədə fəaliyyətindən danışıblar.

Din 2019-09-09 18:28:00