×
A
A
A
Sazlamalar

Mətyu Brayzə: Gürcüstan rəhbərliyi Azərbaycan ilə iqtisadi tərəfdaşlığın önəmini anlayır

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Düşünürəm ki, Gürcüstan rəhbərliyi Azərbaycan ilə iqtisadi tərəfdaşlığın son dərəcə mühümlüyünü anlayır. Ona görə də hesab edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında münasibətlər yaxşı olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə Gürcüstanın yeni hökumətinin ölkənin Azərbaycan ilə münasibətlərin inkişafına təsirini şərh edərkən söyləyib.
Siyasətçi deyib ki, Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını qətiyyətlə dəstəkləyir. Türkiyə isə Azərbaycanın dünyada ən yaxın dostudur. Bunların hamısının strateji əhəmiyyəti var.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2019-09-09 18:23:00