×
A
A
A
Sazlamalar

Tam orta təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı sabah başa çatır

Bakı, 9 sentyabr, AZƏRTAC 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı sabah başa çatır.
AZƏRTAC Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, abituriyentlər sentyabrın 11-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Onlar qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını müvafiq təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
Xatırladaq ki, 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Elm və təhsil 2019-09-09 17:09:00