×
A
A
A
Sazlamalar

76-cı Venesiya beynəlxalq kinofestivalının qalibləri məlum olub

Bakı, 9 sentyabr, AZƏRTAC

İtaliyanın Venesiya şəhərində 76-cı beynəlxalq kinofestivalının mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu il münsiflər heyətinə rejissor, ssenarist və prodüser Lukresiya Martel rəhbərlik edib.
Münsiflər heyətinin qərarı ilə baş mükafat olan “Qızıl Aslan”a Todd Fillipsin “Coker”, “Gümüş Aslan”a isə rejissor Roman Polanskinin “Zabit və casus” filmləri layiq görülüb.
Festivalda Arian Askarid ən yaxşı aktrisa, Luka Marinelli ən yaxşı aktyor nominasiyasının qalibi olub.

Mədəniyyət 2019-09-09 10:44:00