Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.
Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.
Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.
Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.
Rus Dram Teatrının səhnəsində yeni premyera olub
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
Romada Azərbaycan musiqisindən ibarət konsert olub
Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib