×
A
A
A
Sazlamalar

İmişlidə ağır yol qəzası baş verib, ölənlər var VİDEO

Bakı, 9 sentyabr, AZƏRTAC

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.
Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-09-09 08:23:00

Video