×
A
A
A
Sazlamalar

Sahibkarlıq fəaliyyəti subyektlərinə xidmət göstərən sahibkarın vergi öhdəliyi

Bakı, 6 sentyabr, AZƏRTAC

Fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərə hansı vergi növü tətbiq edilir?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin bu ilin yanvarından qüvvəyə minmiş müddəalarına əsasən, vergi və maliyyə məsələləri üzrə məsləhət xidmətləri göstərən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur.
Sahibkarlıq fəaliyyəti subyektlərinə sözügedən xidmətləri göstərən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.

Maliyyə 2019-09-06 19:39:00