Azərbaycan səfirliyi Tacikistan Milli Kitabxanasında keçirilən sərgidə təmsil olunub
Düşənbə, 6 sentyabr, AZƏRTAC
Tacikistan Milli Kitabxanasında Beynəlxalq Kitab sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Tacikistanda fəaliyyət göstərən səfirliklər və ölkənin nəşriyyatları təmsil olunub.
Sərginin səfirliyimiz üçün ayrılmış guşəsində Azərbaycanın və Tacikistanın bayraqları, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı nəşrlər, Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın tacik dilində çap olunan “Heydər Əliyev. Şəxsiyyət və Zaman”, Nikolay Zinkoviçin “Həyatın keşməkeşləri” kitabları nümayiş etdirilib.
Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərləri, Nizami Gəncəvinin “Xəmsə”si, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, həmçinin “Azərbaycan xalçaları” silsiləsindən nəşrlər diqqəti cəlb edib. Sərgiyə gələnlərə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumatlar toplusu paylanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir
Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb