×
A
A
A
Sazlamalar

Balaca fidanlarla “Nağıllara səyahət”

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Şağan qəsəbəsində yerləşən 212 nömrəli uşaq bağçasında “Nağıllara səyahət” adlı nağıl saatı keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, filial müdiri Leyla Sadıxova uşaqlara nağıllar söyləyib.
Sonra uşaqları maraqlandıran suallar cavablandırılıb.
Tədbir zamanı bağça uşaqları şeir və nağıllar söyləyiblər.
Qeyd edək ki, uşaqlara bağça yaşlarında belə tədbirlərin keçirilməsi, onların kitabxanaya, kitaba marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.

Mədəniyyət 2019-09-05 17:33:00