×
A
A
A
Sazlamalar

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu müddətdə orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq. Bundan başqa paytaxtda - Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.

Neft - qaz 2019-09-02 11:34:00