“Azəriqaz”ın bir neçə xidmət sahəsində dəyişiklik edilib
Bakı, 29 avqust, AZƏRTAC
“Azəriqaz” İB-nin mühəndisləri gələn həftənin əvvəlindən 30 təqvim günü müddətində qatar və avtobuslarda vətəndaşlara “ASAN səyyar” xidməti göstərmək üçün Qazax, Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllı rayonlarına ezam olunacaqlar.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bu işə əsasən Birliyin Mərdəkan, Xırdalan və Maştağa xidmət sahələrində çalışan mütəxəssisləri cəlb edildiyindən həmin sahələrdə yeni quraşdırılan smart-kart tipli sayğacların kartlarının verilməsi müvəqqəti olaraq dayandırılır. Lakin Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında yerləşən inzibati binasında, eləcə də Sabunçu xidmət sahəsində işə əlavə işçilər cəlb olunmaqla həftənin şənbə və bazar günləri də xidmət gücləndirilmiş formada davam etdiriləcək. Bundan başqa abonentlər “ASAN Kommunal” mərkəzlərindəki “Azəriqaz” İB-nin xidmətlərindən əvvəlki kimi həftənin 6 günü yararlana bilərlər.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək