×
A
A
A
Sazlamalar

Bakıda “Moda və incəsənət” adlı silsilə ustad dərsləri keçiriləcək

Bakı, 27 avqust, AZƏRTAC

Sentyabrın 7-də “Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyev “Moda və incəsənət” adlı silsilə ustad dərsləri keçəcək.
AZƏRTAC xəbər verir ki, məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.
Sentyabrın 27-dək davam edəcək məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq.
Tədbir yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçiriləcək.

İncəsənət 2019-08-27 09:55:00